Xankəndidə yardım əhaliyə paylanılır, sonra... - Savçuk

Rusiya Qızıl Xaç Cəmiyyəti (QXC) tərəfindən Qarabağa ümumilikdə 15 ton humanitar yük çatdırılıb.

Axar.az xəbər verir ki, bunu Ermənistan KİV-ə açıqlamasında Rusiya Qızıl Xaç Cəmiyyətinin sədri Pavel Savçuk deyib.

“Yardım artıq əhaliyə paylanılır, daha sonra Rusiya Qızıl Xaç Cəmiyyətinin komandası Rusiyaya qayıdacaq”, - deyə Pavel Savçuk vurğulayıb.