Yuri Kim: Ermənistanla Azərbaycan arasında sülhün əldə olunması ABŞ-nin təhlülkəsizlik maraqlarına uyğundur

ABŞ administrasiyası Cənubi Qafqazda sülhün yaranacağına əmindir.

APA xəbər verir ki, bu barədə ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim bu gün Senatın Xarici Əlaqələr Komitəsində Qarabağdakı vəzziyətlə bağlı keçirilən dinləmələrəd deyib.