Yaşar Gülər: Türkiyə Qafqazda sabitliyə böyük əhəmiyyət verir

"Türkiyə Qafqazda sabitliyə böyük əhəmiyyət verir”.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bildirib.
O qeyd edib ki, ölkəsi regionda ən qısa zamanda daimi sülhün bərqərar olması üçün böyük səylər göstərir və “Bir millət, iki dövlət” anlayışı ilə Azərbaycanı dəstəkləməyə davam edir.