Ərdoğan: Avropa İttifaqı ilə yollarımızı ayıra bilərik

"Avropa İttifaqı Türkiyədən qopmağa, uzaqlaşamağa çalışır".

APA xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının iclası üçün ABŞ-a getməzdən əvvəl jurnalistlərə açıqlamasında deyib.


O bildirib ki, Aİ-nin Türkiyədən uzaqlaşmaq istiqamətində səylər göstərdiyi zamanda Türkiyə də lazımi qiymətləndirmələr aparacaq. "Bu qiymətləndirmələrimizdən sonra lazım olarsa Aİ ilə yollarımızı ayıra bilərik", - Ərdoğan qeyd edib.