Ukrayna və Polşa prezidentləri sabah Nyu-Yorkda görüşəcək

Ukrayna və Polşa prezidentləri Vladimir Zelenski ilə Andjey Duda sentyabrın 19-da Nyu-Yorkda görüşəcək.

APA xəbər verir ki, bu barədə “Polskie Radio” məlumat yayıb.

Ölkə başçılarının görüşü BMT-nin 78-ci Baş Assambleyası çərçivəsində baş tutacaq.

Tərəflər Ukrayna taxılının Polşaya idxalına birtərəfli formada qoyulan qadağa ilə bağlı məsələləri müzakirə edəcəklər.