Hakan Fidan niderlandlı həmkarı ilə NATO-nun genişlənməsini müzakirə edib

Türkiyə xarici işlər naziri Hakan Fidan BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkdakı “Türkevi”ndə niderlandlı həmkarı Hanke Bruins Slotla görüşüb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.


Qeyd olunub ki, görüş zamanı ikitərəfli əlaqələr, NATO-nun genişlənməsi, Ukraynada baş verən son hadisələr və Niderlandda "Qurani-Kərim"in yandırılması kimi məsələlər müzakirə edilib.