ABŞ Laçın və Ağdam yolu ilə Qarabağa yüklərin daşınmasını alqışlayır

Amerika Birləşmiş Ştatları həm Laçın, həm də Ağdam yolu ilə Qarabağa yüklərin daşınmasını alqışlayır.

APA xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken bildirib.

"Biz yardım axınını artırmaq üçün birbaşa danışıqları təşviq edirik", - deyə o bildirib.