Azərbaycan və Türkiyə XİN rəhbərləri Qarabağdakı antiterror tədbirlərini müzakirə ediblər

Azərbaycan və Türkiyənin xarici işlər nazirləri Ceyhun Bayramov və Hakan Fidan BMT Baş Assambleyası çərçivəsində danışıqlar aparıblar.

"Report" xəbər verir ki, bu barədə "TRT Haber" telekanalı məlumat yayıb.

“Nyu-Yorkda danışıqlar zamanı bir sıra məsələlər, o cümlədən Qarabağdakı antiterror tədbirləri müzakirə olunub”, - məlumatda bildirilib.