Hakan Fidan israilli həmkarı ilə görüşüb

Türkiyə xarici işlər naziri Hakan Fidan BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda “Türk evi”ndə İsrailin xarici işlər naziri Eli Koen ilə görüşüb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN məlumat yayıb.


Görüş zamanı ikitərəfli əlaqələr və regional inkişaflar, xüsusilə iqtisadiyyat, turizm və konsulluq məsələləri müzakirə edilib.