Ermənistanda ruspərəstlərin sosial bazası zəifləyir  - ŞƏRH

Ermənistan Qarabağı tərk edən ermənilərin statistikasını açıqlayıb: 50243 nəfər;
Qarabağda bu qədər erməninin olmadığı, rəsmi İrəvanın rəqəmləri şişirtdiyi bəllidir. Çünki, Azərbaycanın əlində olan faktlar da isbat edir.

Hələ 44 günlük müharibədən sonra Rusiya sülhməramlıları erməniləri Qarabağa qaytarmağa başladı və son açıqladıqları statistika 52 min 700 nəfər idi. Bu rəqəmdən sonra statistika yenilənmədi;

- Ermənistan və separatçılar 120 min erməninin olduğu iddiasından əl çəkməsə də, 2021-ci ilin iyun ayında Araik Arutyunyan Paşinyanla münasibətlərinə görə ona qarşı irəli sürülən ittihamlara “Ermənistanla əlaqələr qurmadan 35 min “vətəndaşın” sosial probleminin həllini necə təsəvvür edirsiniz?” cavabını vermiş, bununla da erməni əhalisinin real sayını etiraf etmişdi;

Digər tərəfdən sual yaranır ki, ermənilərin kütləvi şəkildə köçməsinin və ya köçməyə çağrılmasının arxasıbda nə dayanır?

Hadisəyə münasibət bildirən Türk Ağsaqqalları Birliyinin sədr müavini, “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk  “Sherg.az”a söyləyib ki, neçə gündür ermənilərin niyə Qarabağdan kütləvi köç etdiklərini düşünür:
“Ola bilər ki, Qarabağ ermənilərindən Paşinyana qarşı ciddi müxalifət formalaşdırmağa çalışacaqlar. Çünki indiki şəraitdə Rusiya Paşinyana qarşı ciddi müxalifət formalaşdıra bilmir.  Həmçinin getdikcə, Ermənistanda ruspərəstlərin sosial bazası zəifləyir. Ümid  isə Qarabağ ermənilərinə qalıb. Ola bilər ki, burda məqsəd həm də kütləvi köçlə Ermənistanda xaos yaratmağa nail olmaqdır. Yəni Rusiyanın istəyi Paşinyanı kütləvi mitinqlərlə devirməkdir. Həm də Qarabağda Ermənistanın, separatçıların uğursuzluğunu Paşinyanın üstünə atmaq istəyirlər”.