Erməni deputat: “Ermənistanda defolt gözlənilir"

“Ermənistanda defolt gözlənilir, ölkənin gələcəyi məlum deyil".

“Report” xəbər verir ki, bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının üzvü Artur Xaçatryan “Aysor”a müsahibəsində deyib.

Onun sözlərinə görə, ölkədə dramın devalvasiyası müşahidə olunur: “ABŞ dollarının satış qiyməti təxminən 420 dram, avronun satış qiyməti isə 445-ə çatıb. Dramın devalvasiyasının daxili və xarici səbəbləri var”.

Deputat bildirib ki, Ermənistanın sabahı qeyri-müəyyəndir: “Rusiyadan dollar köçürmələri də azalıb. Defolt riski getdikcə artır. Hakimiyyət bu vəziyyətdən çıxmaq istəmir”.