“Qərbi Azərbaycana dinc şəkildə qayıdacaq insanların təhlükəsizliyinə yalnız tam zəmanət aldıqdan sonra oraya qayıdış olacaq”.
APA xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli Milli Məclisdə parlamentin Gənclər və idman komitəsinin təşkilatçılığı ilə "Keçmişdən gələcəyə çağırış: Qərbi Azərbaycana qayıdış fəlsəfəsinə gənclərin baxışı" mövzusunda ictimai dinləmə zamanı deyib.
“Ermənistanın bütün dövlət strukturlarında soydaşlarımızın tam hüquqlu vətəndaş kimi iştirak etmək üçün hər cür şərait yaradılmalı, sosial və iş problemlərinin həlli, dövlət işlərində təmsil olunmaq haqqı təmin olunmalıdır”, - icma sədri deyib.