MSK növbədənkənar prezident seçkilərinə dair Təqvim planını təsdiqləyib

Növbədənkənar prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planı təsdiq edilib.
"Sherg.az"ın xəbərinə görə, məsələ barədə bu gün Mərkəzi Seçki Komissiyasının iclasında MSK katibi Arifə Muxtarova məlumat verib.
Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
Qeyd edək ki, növbədənkənar prezident seçkiləri 7 fevral 2024-cü ildə keçiriləcək.