Zahid Oruc: Qarşıdakı bir aylıq zamanı Azərbaycan vətəndaşlarının gözləntisi doğrultusunda həyata keçirəcəyik
11:25 07.01.2024
Siyasət
656
Azərbaycan prezidentliyinə namizədliyi qeydə alınan Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzi (STM) İdarə Heyətinin sədri vəzifəsinin icrasını dayandırıb.
Bu barədə STM-dən məlumat verilib.
Qeyd olunub ki, Mərkəzi Seçki Komissiyasının yanvarın 6-dakı qərarı ilə 2024-cü il fevralın 7-nə təyin edilən növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi öz təşəbbüsü ilə irəli sürülən Z.Oruc namizəd kimi qeydə alınıb.
Yanvarın 7-dən Seçki Məcəlləsinin 69.2-ci maddəsinin tələbinə uyğun olaraq, Prezident seçkilərində namizədliyi qeydə alınmış Z.Oruc STM İdarə Heyətinin sədri vəzifəsi üzrə xidməti vəzifələrinin icrası ödənişsiz məzuniyyətə göndərilməklə müvəqqəti dayandırıb.
Z.Oruc Seçki Məcəlləsinin 70.1-ci maddəsinə əsaslanaraq və Əmək Məcəlləsinin 130-cu maddəsinə uyğun olaraq qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək ərizəsində göstərilən müddət üzrə ödənişsiz məzuniyyət götürüb.
Mövzu ilə bağlı "Sherg.az"ın suallarını cavablandıran millət vəkili, prezdentliyə namizəd Zahid Oruc bildirib ki, STM də sədr vəzifəsi bizim şəxsi qərarlarımıza görə deyil, STM nizamnəməsinə uyğun olaraq müəyyənləşir:
"İdarə heyytənin 3 üzvindən biri olan Tahirə Allahyarova Mərkəzi Seçki Qərərgahının rəhbəridir. Oda öz hesabına məzuniyyət götürəcək. Yaxında ictimaiyyətə bu haqqda da geniş məlumat veriləcək. Bunların fonunda STM-in sədr vəzifəsi hüquqi çərçivədə idarə heyyətinin 3 üzvündən biri olan millət vəkili Elşad Mirbəşirə həvalə olunur".
Z.Oruc prezident seçkilərinə hazırlıq məsələlərinə də toxunub:
"Seçki Qərərgahının mütəmadi görüşləri, tədbirləri olur. Biz bu yöndə yetərli təcrübəyə malikik. Eyni zamanda Mərkəzin bir neçə təmsilçisi bizim seçki komandamızda yer alır. Bütün siyasi işlərin, platforma və proqramın qurulması, efir çıxışları, vətəndaşlarla görüşlərlə bağlı yol xəritəsi, təqvimi hazırlanıb. Sosial Tədqiqatlar Mərkəzində çalışan əməkdaşlar ölkədəki ictimai fikirləri örgəndikləri üçün dərin təcrübəyə malikdirlər. Onlar həm medianı yaxından izləyərək, həm də mütəmadi olaraq sorğular keçirərək vətəndaşların istəklərini təhlil ediblər. Əhalini hansı qayğıların narahat etdiyini və onlara necə həll etməli olduqları barədə məlumatlıdırlar. Mərkəzi Seçki Komissiyasına imza barədə sənədlər, ilkin maliyyə hesabatlarımız, malik olduğumuz əmlak deklorasiyası təqdim olunub. Komissiya rəsmən qeydə almağı müəyyənləşdirib. Qarşıdakı bir aylıq zamanı Azərbaycan vətəndaşlarının gözləntisi doğrultusunda həyata keçirəcəyik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir
17:02 13.10.2026
Aktual
Professor Tərlan Quliyev vəfat edib
16:50 13.10.2026
Elm və Təhsil
Asim Xudiyev UEFA-dan təyinat aldı
16:43 13.10.2026
İdman
Tramp: Bəlkə də, Əli Xameneini öldürməməli idik
16:37 13.10.2026
Gündəm
Sürücüləri əlavə xərcdən xilas etmək mümkündür - EKSPERT
15:23 13.10.2026
İnfrastruktur
İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır
14:57 13.10.2026
Region
Zelenskinin açıqlaması Avropanı təşvişə saldı
14:56 13.10.2026
Dünya
Laos Prezidenti Fəxri xiyabanı ziyarət etdi
14:49 13.10.2026
Gündəm
İranda silahlı toqquşma: ağır texnika yeridildi
14:20 13.10.2026
Region
Yeni Azərbaycan Partiyasının Mətbuat Xidməti açıqlama yayıb
13:58 13.10.2026
Gündəm
İlk dəfə meyitdən ürək transplantasiya edilən şəxs vəfat etdi
13:40 13.10.2026
Sağlamlıq
İranlı deputat: ABŞ-nin yeni hücumunda liderlərimiz öldürülə bilər
12:46 13.10.2026
Gündəm