İcmadan Nikola cavab
Yusif Nəzərli
07:27 29.01.2024
Siyasət
423
Ziddiyyətli açıqlamalar Ermənistanın iddia etdiyi sülh siyasəti ilə qətiyyən uyğun gəlmir.
Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.
Qeyd olunub ki, Ermənistanın baş naziri Nikol Paşinyanın “ordu” günü münasibətilə çıxışında ifadə etdiyi fikirlər bir daha Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamaqda maraqlı olmadığını nümayiş etdirir:
“Sülh istəyən ölkə necə olur ki milyardlarla dollarlıq silah sazişlərinin imzalanması ilə öyünür. Nikol Paşinyanın “qoşunların güzgü prinsipi ilə geri çəkilməsi” fikrini yenidən təkrarlaması, “hücum etməmək haqqında pakt”, “silahlanmaya birgə nəzarət mexanizmi” kimi köhnəlmiş, utopik təkliflər səsləndirməsi Ermənistanın əsassız bəhanələrlə sülh sazişindən qaçmağa çalışdığını sübut edir. Ermənistanın baş naziri birinci və ikinci dünya müharibələri arasındakı dövrü xatırladan “hücum etməmək haqqında pakt” kimi əcaib təşəbbüs irəli sürmək əvəzinə sülhün təmin olunması istiqamətində real addımlar atmalı və bu xüsusda, Qərbi Azərbaycan İcması ilə dialoqa başlamalıdır”.
“Ermənistan prezidenti və parlament sədrinin “ordu” günü münasibətilə açıqlamalarında işğalçı birinci Qarabağ müharibəsinə haqq qazandırmaq cəhdi, ikinci Qarabağ müharibəsinin nəticələri ilə bağlı isə məyusluq elementləri yer almışdır. Bu tip ziddiyyətli açıqlamalar Ermənistanın iddia etdiyi sülh siyasəti ilə qətiyyən uyğun gəlmir və onlara son qoyulmalıdır.
Bundan əlavə, bir sıra qərb ölkələrinin “ordu” günü münasibətilə verdiyi bəyanatlar otuz ilə yaxın müddət ərzində qonşu dövlətin torpaqlarını işğal altında saxlamış Ermənistanda revanşizmin həvəsləndirilməsinə xidmət edir və həmin ölkələrin özlərinin sülh prosesində nə dərəcədə maraqlı olması barədə suallar doğurur”, - bəyanatda vurğulanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Süni intellektlə bağlı böyük fəlakət: 6 aya...
01:26 10.10.2026
Texnologiya
Tramp Keti Zakariyanın Ağ Evin yeni mətbuat katibi təyin etdi
01:04 10.10.2026
Gündəm
Kreml Putinin Trampla söhbətindən sonra bəyanat yayıb
00:45 10.10.2026
Gündəm
Tramp və Putin arasında telefon danışığı olub
23:57 09.10.2026
Son dəqiqə
Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşdü
23:35 09.10.2026
Gündəm
"Neftçi" - "Sabah" matçında qalib müəyyənləşmədi
22:36 09.10.2026
Futbol
Rusiyada qadın hərbçilər üçün hərbi xidmətdə yaş həddi artırılır
22:20 09.10.2026
Region
İran ABŞ və İsrailin zərbələrinə güclü cavab verəcəyini açıqladı
22:05 09.10.2026
Dünya
Kilosu 800 minə satılır: İlk gündə 15 zəfəran çiçəyi açdı
21:28 09.10.2026
Maraqlı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
21:11 09.10.2026
Hadisə
Tovuzda yaşayış binasında yanğın olub, tüstüdən zəhərlənən var
21:00 09.10.2026
Hadisə
İran MDB-yə yaxınlaşır, Moskvanın mövqeyi həlledici olacaq - ŞƏRH
20:50 09.10.2026
Gündəm
Masazırda “Mercedes Vito” yanıb
20:23 09.10.2026
Hadisə
Naxçıvanda suyun verilişində fasilə yaranacaq
20:15 09.10.2026
Cəmiyyət