AB-də Ukrayna gərginliyi: Macarıstan iqtisadiyyatı hədəfə alınacaq - MÜFLİS PLANI

Avropa İttifaqı ilə Macarıstan arasında gərginlik artır. Macarıstanın baş naziri Viktor Orban Ukraynaya yardıma veto qoyacağı təqdirdə Avropa İttifaqı ölkə iqtisadiyyatını hədəfə alacaq. 
Sherg.az xarici KİV-lərə istinadən xəbər verir ki, hazırlanmış plana əsasən, Brüssel Aİ-nin Macarıstana ayırdığı vəsaiti dayandıracaq. Bu vəziyyətin baş verəcəyi təqdirdə Macarıstan iqtisadiyyatının böhranla üzləşə biləcəyi bildirilib. Digər tərəfdən, Aİ də Ukraynaya kömək etmək üçün B planı üzərində işləyir.


“Financial Times” yazır ki, Brüssel Macarıstanın iqtisadi zəifliklərini “iş yerləri və böyüməyə” zərər vurmaq, valyutasını təhlükə altına almaq və Budapeştin Kiyevə yardıma qoyduğu vetonu ləğv etməkdən imtina edəcəyi təqdirdə investorların inamını zədələmək üçün açıq şəkildə hədəfə alacaq bir strategiya hazırlayıb.

Brüsselin hazırladığı sənədə əsasən, digər Aİ ölkələri Macarıstana verilən vəsaitlərin həmişəlik dayandırılmasını təmin edəcək. Bildirilib ki, bu fondlar olmasaydı, maliyyə bazarları və qlobal şirkətlər Macarıstana daha az investisiya marağı olacaq. Sözügedən addımın ölkədə dövlət kəsirinin daha da artmasına və valyutanın ucuzlaşmasına səbəb ola biləcəyi qeyd edilib.

Macarıstanın AB naziri János Boka maliyyə təhlükəsindən xəbərsiz olduqlarını, lakin ölkəsinin təzyiqlərə boyun əyməyəcəyini bildirib.

Aİ ölkələri 54 milyard avroluq yardım paketi ilə bağlı razılığa gələ bilməyib. Macarıstanın baş naziri Orban Aİ-nin Ukraynaya yardım paketinə veto qoyub.

AB Şurasının rəsmisi tərəfindən hazırlanan hesabatda Macarıstanın çox yüksək dövlət kəsiri, inflyasiya və zəif valyuta kimi iqtisadi zəifliklərə malik olduğuna diqqət çəkilib. Ölkədə artım və məşğulluğun Aİ-nin vəsaitlərinə ehtiyacı olduğu qeyd edilib.


Digər tərəfdən, Avropa Birliyi də Macarıstanın vetosunu ləğv etmək üçün B planı hazırlayəb. Müvafiq olaraq, plana Aİ büdcəsinə zəmanət verən üzv dövlətlər daxil olacaq. Aİ Komissiyası gələn il Kiyev üçün kapital bazarlarından 20 milyard avro borc alacaq.

Müvafiq orqanlar Orbanın fevralın 1-də keçiriləcək sammitdə vetosunu ləğv etməkdən imtina edərsə, söz mövzusu olan planı həyata keçirmək üzərində işləyir.