SON XƏBƏR: Gürsel Tekin CHP-dən istefa verib

CHP-nin keçmiş millət vəkili Gürsel Tekin partiyasından istefa verdiyini açıqlayıb. Tekin istefa bəyanatında partiyası üçün çox sərt ifadələr işlədib. Digər tərəfdən CHP-dən daha bir istefa da olub.
Sherg.az xəbər verir ki, sosial şəbəkədə istefa verdiyini açıqlayan Tekin partiyasının xəttindən uzaqlaşdığını iddia edib. Təkinin adı partiyasının Esenyurt Bələdiyyə Başçılığına namizədliyi üçün də hallanırdı.


Çukuorva Bələdiyyə Başçısı Soner Çətin də CHP-dən istefa verdiyini açıqlayıb. Çətin açıqlamasında, 'Ömrünü Cümhuriyyət Xalq Partiyasında keçirmiş və partiyanın bir çox pillələrində qürurla xidmət etmiş biri olaraq, şahidi olduğum bu narahatedici vəziyyətə görə partiyamdan istefa verdiyimi təəssüflə bildirirəm"- deyib.