"Azərbaycan, Türkiyə və Rusiya Ermənistandan Zəngəzur dəhlizini istəyir, amma biz razı olmuruq”.
Bunu hakim “Mülki müqavilə” partiyasından olan deputat Qaqik Melkonyan deyib:
“Hamı Zəngəzur dəhlizinin açılmasını istəyir. Amma İran bu dəhlizin onlar üçün “qırmızı xətt” olduğunu açıqlayır. Biz bu yolların açılmasına razıyıq, lakin dəhlizə nəzarəti Ermənistan etməlidir”, – deyə Melkonyan bildirib.
Mövzu ilə bağlı Politoloq Natiq Miri "Sherg.az"a açıqlamasında bildirib ki, Azərbaycan heç bir zaman bu ərazilər üzərində Ermənistanın yurisdiksiyasını təkzib etməyib:
"Azərbaycan sadəcə olaraq Azərbaycandan-Azərbaycana prinsipi əsasında Zəngəzur dəhlizinin açılmasını istəyir. Yəni Azərbaycandan dasxilində istənilən yük daşıma və insanların gediş-gəlişi heç bir yoxlama olmadan həyata keçirilməlidir. Ancaq bu dəhlizdən digər dövlətlərin yük daşıması və insanların gediş-gəlişi Ermənistanın nəzarəti altında baş tuta bilər. Azərbaycan bununla bağlı hansısa məhdudiyyət tələb etmir.
Rusiya Ermənistan arasında olan problemin isə özləri həllini tapmalıdır. Düzdür, ortada 10 noyabr sazişi mövcuddur. Bu sənəddə maneəsiz keçidin təmin edilməsi ilə yanaşı, dəhlizə Rusiya Sərhəd Qoşunlarının nəzarəti də qeyd olunub. Əgər rəsmi İrəvan həmin məsuliyyətdən qaçırsa, bu Rusiya və Ermənistan arasında olan problem sayılır".
Ekspert qeyd edib ki, İranın "qırmızı xətt" məsələsi şişirdilmiş fikirlərdir:
"İran kimdir ki, ona görə qırmızı və yaxud göy xətt olsun? Birincisi ərazi İranın yox, Ermənistanındır. Rəsmi İrəvan qərar versə ki, Zəngəzur dəhliz statusunda açılsın İran heç nə edə bilməz. Çünki bu Ermənistanın suveren hüququdur. Sadəcə olaraq bu İranın boşuna atdığı siyasətdir. Eyni zamanda Ermənistan Zəngəzur dəhlizi ilə bağlı qərarı verərkən Qərbin istəyinə uyğun hərəkət edəcək. 10 noyabr sazişində hər bir dövlət rəhbəri üzərinə götürdüyü məsuliyyəti yerinə yetirməlidir. Belə məsələlər Ermənistan üçün həssas deyil. Çünki söz türklərdə namus sayılır. Ona görə də ermənilərdən verdiyi sözün üzərində durmağı gözləmək özünü aldatmaqdır".