Putinin, Trampın və Si Cinpin görüşü gündəmdə: Kreml noyabra işarə edib

Rusiya, ABŞ və Çin liderləri Vladimir Putin, Donald Tramp və Si Cinpinin noyabr ayında Çində üçtərəfli görüşünün keçirilməsi mümkün ola bilər.

Sherg.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, belə bir görüş ideyası artıq uzun müddətdir müzakirə olunur. Uşakov qeyd edib ki, APEC sammitinin ev sahibi Çin olduğundan, sammit çərçivəsində liderlərin ikitərəfli və üçtərəfli təmasları üçün imkan yarana bilər.

APEC sammiti noyabrın 18–19-da Çinin Şençjen şəhərində keçiriləcək.

Görüş baş tutacağı təqdirdə əsas müzakirə mövzularının qlobal təhlükəsizlik və Ukrayna məsələsi olacağı gözlənilir.