Hökumət yeni tərkib formalaşanadək səlahiyyətlərini icra edəcək - SƏRƏNCAM

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında” sərəncam imzalayıb.
Sherg.az-ın xəbərinə görə, sərəncama əsasən, Konstitusiyanın 116-cı maddəsinə uyğun olaraq Nazirlər Kabinetinin istefa verməsi ilə əlaqədar Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırılanadək Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi Nazirlər Kabinetinin əvvəlki tərkibinə həvalə edilib.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.