Nə Ermənistan İsraildir, nə də erməni toplumu yəhudi xalqıdır, heç ola da bilməz
İrəvan üçün çıxış yolu silahlanmaq yox, Azərbaycanla sülh bağlamaqdır
Ermənistanın Qərb ölkələri vasitəsilə silahlanmasına Rusiyadan reaksiyalar gəlməkdədir. Rus rəsmilər Qərbin silahlarının Ermənistanı qorumayacağını iddia edirlər. Rusiyalı hərbi ekspert, Strategiyaların və Texnologiyaların Təhlili Mərkəzinin direktoru Ruslan Puxov deyib ki, Qərbdən birdəfəlik texnikanın alınması Ermənistanın müdafiə qabiliyyətini artırmayacaq və bu problemi həll etməyəcək. Onun sözlərinə görə, ümumi müdafiə konsepsiyasına ehtiyac var: "Əgər Ermənistan İsrail üslubunda total müdafiəsi olunarsa, o zaman silahlı münaqişədə Ermənistanın düşmənə böyük ziyan vurması mümkündür". O bildirib ki, Ukraynadakı xüsusi hərbi əməliyyat səbəbindən Rusiyanın müdafiə sənayesi Ermənistanın ehtiyac duyduğu hərbi sistemləri İrəvana verə bilmir. Lakin Ermənistanın silah və sursatla təmin edilməsi məsələsi müxtəlif yollarla həll oluna bilər: “Məlum şəraitə görə Ermənistana tədarükdən danışmaq mümkün deyil. Amma Rusiyanın indi də Ermənistana yardımı davam etdirməsi təsdiqlənmiş faktdır. Üstəlik, Rusiya Ermənistana dost ölkələrdən silah almaq üçün müəyyən məbləğ ayıra bilər. Amma bütün bunlar açıq bəyanatlar deyil, məxfi danışıqlar məsələsidir”. Ekspertin sözlərinə görə, ABŞ bir neçə dəfə Ermənistanın İrandan silah almasına dair sövdələşmələrə mane olub: “Ermənistan Silahlı Qüvvələrinin NATO üslubunda qurulmasından danışmaqla, Fransa və ya digər Qərb ölkələrindən birdəfəlik sursat almaqla İrəvanın müdafiə qabiliyyətinin gücləndirilməsi məsələsini həll etmək mümkün deyil. Çünki lazım gələrsə, Azərbaycan və Türkiyə Qərbin bu silahlarının yerləşdiyi yerlərə qabaqlayıcı zərbə endirə bilər".
Politoloq Azər Qasımov "Sherg.az"a bildirib ki, "Qərbin silahları Ermənistanı qoruya bilməz" fikri ilə razılaşmaq olar. Analitikin sözlərinə görə, "İsrail üslubunda total müdafiə" isə nəinki nəzəri, heç praktik cəhətdən də mümkün deyil:
"İlk növbədə ona görə ki, nə Ermənistan İsraildir, nə də erməni toplumu yəhudi xalqıdır, heç ola da bilməz. Məsələ ondadır ki, yəhudi xalqı boş çölləri abadlaşdırıb, susuz, bərəkətsiz çölləri həyat üçün yararlı hala gətirməklə yanaşı, müasir silahlar da ixtira etdi, istehsala başladı. Həm də öz sərhədlərini möhkəmləndirdi. Yəhudilər dünya maliyyə dövriyyəsinə nəzarət edirlər. Müqayisə üçün də olsa, erməni toplumu ilə yəhudi xalqını qarşılaşdırmaq doğru analiz deyil. Region baxımından da qeyd edilən nüans yanlışdır. İsrail vaxtı ilə ona böyük ölçüdə düşmən olan ölkələrin ətrafında yaradılıb və həmişə özünü müdafiə etməyə məcbur buraxılıb. Ermənistan isə əksinə, ona düşmənçilik etməyən dövlətlərin əhatəsində süni olaraq yaradılıb. Buna baxmayaraq, kənardan gətirilmiş ermənilərə düşmən münasibət göstərilməyib. Ancaq Ermənistan Azərbaycana qarşı bütün pisliklərə yol verib. Ərazilərimizi işğal edib, soyqırımları törədib və s. Ona görə Ermənistanın indiki durumundan şikayətlənməyə haqqı yoxdur".
Ekspert vurğulayıb ki, İrəvan üçün çıxış yolu silahlanmaq yox, Azərbaycanla sülh bağlamaqdır:
"Əgər Ermənistan bunu başa düşmürsə və tarixi səhvləri təkrarlamağa meyl edirsə, Azərbaycanın onu yenidən ağıllandırmaqdan başqa yolu qalmayacaq. O zaman Ermənistana "İsrail üslubu ilə müdafiə" yox, heç yadplanetli müdafiə üslubu da kömək etməyəcək".