“Avropadakı münaqişələr artıq qapımızdadır”.
Bunu bu gün XI Bakı Qlobal Forumunun rəsmi açılış mərasimində çıxış edən Albaniya Prezidenti Bayram Beqay bildirib.
Bayram Beqay deyib ki, Avropa təhlükəsizlik siyasətini birləşdirməlidir: “Albaniya təhlükəsizliyə və sülhə töhfə vermək imkanındadır. Albaniyanın Avropanın təhlükəsizliyinə dəstəyi davam edəcək, NATO daxilində bütün təhlükəsizlik tədbirlərində iştirak edəcəyik. Albaniya təhlükəsizlik və dialoqu təşviq edir”.