Rişi Sunak: COP29-a qədər Azərbaycanla Ermənistanın sülhə nail olacağına inanırıq

"Sizi Bakı Qlobal Forumunun keçirilməsi münasibəti ilə təbrik edirəm".
Bunu bu gün XI Bakı Qlobal Forumun rəsmi açılış mərasiminə ünvanladığı müraciətdə Böyük Britaniyanın Baş naziri Rişi Sunak bildirib.

Rişi Sunak deyib ki, Bakı noyabrda COP29-a ev sahibliyi edəcək: “Ölkənizin bu çağırışın öhdəsindən layiqincə gələcəyinə inanıram. Biz qlobal tullantıları azaltmalıyıq. Böyük Britaniya neft və qaz istehsalçısı olan ölkə kimi Paris öhdəliyinə sadiqdir, ədalətli keçid kursunun qəbul edilməsinin zəruriliyini anlayırıq. Biz iqlim dəyişikliyi ilə mübarizə üçün trilyonlarla vəsaiti cəlb edəcək iddialı nəticələr əldə etməliyik. Azərbaycan BƏƏ və Braziliyanın bu sahədə birgə fəaliyyətini də alqışlayırıq. Qlazqoda bu sahədə əldə etdiyimiz təcrübəni bölüşməyə hazırıq”.

Rişi Sunak qeyd edib ki, Britaniya Xəzər dənizi vasitəsi ilə yeni nəqliyyat bağlantılarını dəstəkləyir: “Hazırda Azərbaycanın Ermənistanla on illiklərlə davam edən münaqişəyə son qoyması üçün tarixi fürsət var. Noyabrda COP29-a qədər sülhün nail olunduğu Cənubi Qafqaz görmək daha önəmli hadisə olardı”.

Rişi Sunak nəzərə çatdırıb ki, Azərbaycanla Britaniya arasında münasibətlər inkişaf etməkdədir: “COP29-la bağlı Azərbaycanı dəstəkləməyə davam edirik. İnanırıq ki, COP29-a qədər Azərbaycanla Ermənistan sülhə nail olacaq”.