Ceyhun Bayramov britaniyalı nazirlə görüşüb
12:05 21.03.2024
Siyasət
533
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Brüsseldə Nüvə Enerjisi Sammitində iştirakı çərçivəsində Birləşmiş Krallığın Enerji Təhlükəsizliyi və Sıfır Emissiya Nazirliyində nüvə enerjisi və alternativ enerji üzrə dövlət naziri Endryu Boui ilə görüşüb.
XİN-dən verilən xəbərə görə, görüş zamanı Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə, iki ölkə arasında bu istiqamətdə əməkdaşlığın müxtəlif istiqamətləri, eləcə də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində tədbirlər və layihələr müzakirə olunub.
Azərbaycanla Birləşmiş Krallıq arasında qarşılıqlı hörmət və faydalı əməkdaşlığa əsaslanan ikitərəfli tərəfdaşlıq münasibətlərinin inkişafına önəm verildiyi vurğulanıb. Bu strateji münasibətlərin daha da möhkəmləndirilməsi üçün səylərin birləşdirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Tərəflər neft və qaz hasilatı və ixracı sahəsində uzun illər aparılan strateji əməkdaşlıq ilə yanaşı, iki ölkə arasında alternativ enerji sahəsində geniş əməkdaşlıq perspektivlərinin olduğunu vurğulayıblar. Görüşdə, Azərbaycanın günəş və külək enerjisi istehsalı üzrə geniş potensialından və hal-hazırda icra olunan layihələrdən, Yaşıl Enerji Zonalarının yaradılması işlərindən bəhs olunub. BP şirkəti ilə birgə həyata keçirilən 240 MVt gücündə günəş elektrik stansiyası layihəsi üzrə işlər nəzərdən keçirilib.
Görüş zamanı, Nazir Ceyhun Bayramov ölkəmizin COP29 sədrliyi üzrə planları və prioritetləri barədə qarşı tərəfə ətraflı məlumat təqdim edib. İqlim dəyişikliyi ilə mübarizə sahəsində birgə səylərin əhəmiyyəti qeyd olunub.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Müharibəni biz yox, Ukrayna başladıb
20:14 01.10.2026
Aktual
Fransadan sonra Belçikada da şagirdlər kütləvi etiraza qalxdı
20:09 01.10.2026
Dünya
Britaniya səfiri İran XİN-ə çağırılıb
19:48 01.10.2026
Dünya
Muxtar Babayev Yaponiyanın Azərbaycandakı səfiri ilə görüşdü
19:31 01.10.2026
Siyasət
Rusiya Ukraynanın MiQ-29 qırıcısını vurub, pilot həlak olub
19:16 01.10.2026
Dünya
Çinlə əlaqələrimizin kökü əsrlər əvvələ gedib çıxır - ŞƏRH
19:14 01.10.2026
Gündəm
Türkmənistan və Ermənistan iqtisadi əməkdaşlığı genişləndirir
18:36 01.10.2026
Gündəm
"Bavariya" Noyerə alternativ axtarır
18:29 01.10.2026
Futbol
Hacıqabulda minik maşınları toqquşub, 4 nəfər xəsarət alıb
18:22 01.10.2026
Hadisə
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib
18:13 01.10.2026
Ölkə
ZemiS - təbiətin saf gücünü süfrələrə gətirən yerli brend
18:11 01.10.2026
Ölkə
“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb
17:07 01.10.2026
Sağlamlıq
Məsud Pezeşkian: İran ABŞ ilə danışıqlardan qaçmaq niyyətində deyil
16:51 01.10.2026
Dünya