Azərbaycan elektromobil istehsal edə bilər
12:39 21.03.2024
Gündəm
327
Azərbaycanın “yaşıl inkişaf” və rəqəmsallaşma ilə bağlı tutduğu yol Çinlə birgə fəaliyyət üçün yaxşı şərait yaradacaq.
Axar.az xəbər verir ki, bunu Çinin CGTN telekanalına müsahibəsində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Çin şirkətləri Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna sərmayə qoyurlar, biz bunu minnətdarlıqla qəbul edirik, çünki bu, iqtisadiyyatın şaxələndirilməsinə töhfə verir. Bu, xüsusən də Çin şirkətlərinin yaxşı təmsil olunduğu tikinti materialları və neft-kimya məhsullarının istehsalıdır”, - o bildirib.
H.Hacıyev qeyd edib ki, “yaşıl enerji” sahəsində belə əməkdaşlığa misal olaraq “ACWApower” şirkətinin çinli tərəfdaşlarla birgə fəaliyyətini göstərmək olar:
“Çin məhsulları və inşaatçıları günəş və külək enerjisi layihələrinin həyata keçirilməsində iştirak edirlər”.
"Fürsətdən istifadə edərək Çini “yaşıl keçid”də əldə etdiyi nailiyyətlərə görə təbrik etmək istərdim. Çin bu işdə milli və qlobal səviyyədə praktiki nəticələr nümayiş etdirir, həmçinin öz nailiyyətlərini başqaları ilə bölüşür", - Prezidentin köməkçisi vurğulayıb.
H.Hacıyevin sözlərinə görə, budəfəki səfər zamanı oxşar layihələr müzakirə olunub, məsələn, çinli tərəfdaşların köməyi ilə Azərbaycanda bərpa olunan enerji sektoru üçün istehsal müəssisələrinin, ölkədə elektromobillərin istehsalı xəttinin yaradılması buraya daxildir:
“Bu gün Bakının küçələrində Çinin elektromobillərini görmək olar. Ümumiyyətlə, Çində avtomobil sənayesinin bu seqmenti yaxşı inkişaf edib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Müharibəni biz yox, Ukrayna başladıb
20:14 01.10.2026
Aktual
Fransadan sonra Belçikada da şagirdlər kütləvi etiraza qalxdı
20:09 01.10.2026
Dünya
Britaniya səfiri İran XİN-ə çağırılıb
19:48 01.10.2026
Dünya
Muxtar Babayev Yaponiyanın Azərbaycandakı səfiri ilə görüşdü
19:31 01.10.2026
Siyasət
Rusiya Ukraynanın MiQ-29 qırıcısını vurub, pilot həlak olub
19:16 01.10.2026
Dünya
Çinlə əlaqələrimizin kökü əsrlər əvvələ gedib çıxır - ŞƏRH
19:14 01.10.2026
Gündəm
Türkmənistan və Ermənistan iqtisadi əməkdaşlığı genişləndirir
18:36 01.10.2026
Gündəm
"Bavariya" Noyerə alternativ axtarır
18:29 01.10.2026
Futbol
Hacıqabulda minik maşınları toqquşub, 4 nəfər xəsarət alıb
18:22 01.10.2026
Hadisə
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib
18:13 01.10.2026
Ölkə
ZemiS - təbiətin saf gücünü süfrələrə gətirən yerli brend
18:11 01.10.2026
Ölkə
“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb
17:07 01.10.2026
Sağlamlıq
Məsud Pezeşkian: İran ABŞ ilə danışıqlardan qaçmaq niyyətində deyil
16:51 01.10.2026
Dünya