Türkiyədə BARIŞ? - Əkrəm İmamoğlu prezident Ərdoğandan görüş istədi

Türkiyədə Bələdiyyə seçkilərində qalib gələn İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu yeni vəzifəsinə mətbuat konfransı ilə başlayıb.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, Saraçhanedəki çıxışında demokratiyaya vurğu edən İmamoğlu prezident Ərdoğandan görüş istəyib.

“Mən burada yüksək səslə və aydın deyirəm. Nə vaxt istəsə və arzulasa, Əkrəm İmamoğlu hörmətli prezidentimiz Rəcəb Tayyib Ərdoğanla  İstanbulun gələcəyi ilə bağlı  danışmağa hazırdır, bunu istəyirəm sizə çatdırım. Sonra deyirlər ki, görüş istədinmi? Bəli, istədim, yenə istəyirəm, görək nə olacaq? - deyib.

İmamoğlu qeyd , “Hökumətə yerli və milli məsələlərdə iş bölgüsü, vətəndaşlarımızı narahat edən bütün məsələlərdə əməkdaşlıq, dürüst və ədalətli rəqabəti tövsiyə edirəm. Gəl birlikdə çalışaq”.

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən seçilən bəzi rayon bələdiyyə sədrlərinə hələ də seçki vəsiqələrinin verilməməsini də tənqid edib. “Niyə böyük fərqlə qalib gəldiyimiz Tuzlada gənc dostum Ali Eren Bingölə seçilmə şəhadətnaməsini vermirsiz?” 

İmamoğlunun başqa bir sorğusu da var: "Tuzla bələdiyyə sədrinin səlahiyyət müddəti bitdikdən sonra 62 milyon lirəlik tenderi alır və başqasına verdiyini öyrənirik".