Ukrayna səfiri: Laçınla İrpenin qardaşlaşması üzərində işləyirik

Ukraynanın Azərbaycana yeni təyin olunan səfiri Qarabağa gedib.

APA xəbər verir ki, bu barədə Ukrayna səfiri Yuri Husyev "X" hesabında paylaşım edib.

"Ukraynanın Azərbaycandakı səfiri kimi ilk regional səfərimi Qarabağa etdiyim üçün şadam. Bu gün hərbi attaşemiz polkovnik Yuri Suprunla birlikdə Zəngilanın yeni hava limanına gəldik və buradan Laçına səfər etdik. Biz Laçının bizim İrpenlə qardaş şəhərlər olması üzərində çalışırıq", - ukraynalı səfir qeyd edib.