Erməni siyasi elitası diasporun və kilsənin manipulyasiyasından özünü azad etməlidir
Din dəllalının sonu yaxınlaşır
10:30 25.05.2024
Gündəm
440
Erməni xalqı saxtakar keşişə və onun arxasında qorxaqcasına gizlənən köhnə rejimin qalıqlarına öz yerini göstərməlidir
Erməni siyasi elitası diasporun və kilsənin manipulyasiyasından özünü azad etməlidir
Erməni siyasi elitası diasporun və kilsənin manipulyasiyasından özünü azad etməlidir
Məlum olduğu kimi Ermənistanda ictimai-siyasi gərginlik davam edir, gərginliyin əsas körükçüsü isə Baqrat Qalstanyan adında din dəllalıdır. Bunu Milli Məclisin iclasında deputat Ceyhun Məmmədov bildirib. Parlamentari deyib ki, ayın 26-da Baqrat Qalstanyan yenidən “izdihamlı” mitinqlər təşkil etməyi planlaşdırır: “Tarix boyu azərbaycanlılarla ermənilərin dinc şəraitdə yaşamasına mane olan əsas qurumlardan biri də erməni kilsəsi olub. Kilsə bu gün də eyni siyasəti davam edir. Əslində, səmavi dinlərin tarix boyu bəşəriyyətə göndərilməsinin əsas səbəbi xalqlar arasında sülhü və barışı təmin etmək olub. Heç bir din insanlığı müharibəyə və düşmənçiliyə çağırmayıb. Bu addımlarla erməni kilsəsi öz dininə və onun ehkamlarına da xəyanət edir. Bəs yaxşı, Baqrat erməni cəmiyyətinə nə təklif edir. Sülhün alternativi müharibədir. Ermənistan dövləti və cəmiyyəti müharibəyə hazırdırmı? Hesab edirəm ki, erməni xalqı bu saxtakar keşişə və onun arxasında qorxaqcasına gizlənən köhnə rejimin qalıqlarına öz yerini göstərməlidir”.
Deputat Tural Gəncəliyev qeyd edib ki, Ermənistan-Azərbaycan arasında münasibətlər normallaşanda bəzi ünsürlər ortaya çıxır, prosesə ziyan vurmağa çalışır: "İndi bu ünsürlər keşişlərdir: “Bundan əvvəl sülhə töhfə verməyə çalışan keşişlər indi revanşizmə gedir, erməni xalqının sarı siminə toxunaraq, proseslərə zərər vurmağa çalışırlar. İllər əvvəl erməni keşişləri harada köhnə, qədim kilsə görürdülər, girib orada şam yandırırdılar və bunu erməni kilsəsi adlandırırdılar. Avropa siyasətçiləri də din amilini dəstəkləməklə erməni xalqını revanşizmə sürükləməyə şərait yaradırlar. Erməni siyasi elitası diasporun və kilsənin manipulyasiyasından özünü azad etməli və nəhayət qonşuları ilə mehriban yaşamağa başlamalıdır. Bu halda Fransanın da kilsə üzərindən erməni xalqını revanşizmə sürükləməsinin qarşısını almış olacaq”.
Sədr Sahibə Qafarova sosial şəbəkələrdə fəal olan deputatlara müraciət edib: “Dil bilən deputatlar bildikləri dillərdən istifadə edərək sosial şəbəkələrdə, müxtəlif media qurumlarında aktiv olmalıdır, bu reallıqları diqqətə çatdırmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əfv qərarlarında əsas meyar say deyil
18:40 25.09.2026
Aktual
Rusiya “McDonald’s”ı da vurdu
18:00 25.09.2026
Dünya
Türkiyənin İsrail xalqına düşmənçiliyi yoxdur - Ərdoğan
17:57 25.09.2026
Gündəm
Sentyabrın müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
17:37 25.09.2026
Sosial
Qırğızıstanda prezident seçkiləri ilə əlaqədar qadağalar qoyuldu
17:11 25.09.2026
Dünya
ABŞ bu ölkədə üçtərəfli görüş təklif etdi - Zelenski
16:35 25.09.2026
Dünya
Baş nazir və ailə üzvləri ölümlə hədələndi
16:21 25.09.2026
Dünya
İran nə hərb, nə də sülh vəziyyətində qalacaq - ŞƏRH
15:53 25.09.2026
Gündəm
“Xankəndi” Zaur Hacıyevlə yollarını ayırdı
15:39 25.09.2026
Futbol
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik edib
15:37 25.09.2026
Gündəm
Sel təhlükəsinə dair tədbirlər keçirilib
14:59 25.09.2026
Aktual
Türkiyə lideri: İranın daxili işlərinə qarışmaq olmaz
14:43 25.09.2026
Gündəm
Bakıda anbarda güclü yanğın başladı - FOTO
14:31 25.09.2026
Hadisə
Simonyan Azərbaycanı işarə elədi, Şevtsov hədələdi
14:18 25.09.2026
Gündəm
Braziliya millisində “10 nömrə”nin yeni sahibi müəyyənləşdi
14:11 25.09.2026
Futbol