Prezident İtaliyanın yeni səfirinin etimadnaməsini qəbul edib
09:05 25.05.2024
Gündəm
456
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 25-də İtaliya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Luka Di Canfrançeskonun etimadnaməsini qəbul edib.
APA xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib.
Prezident İlham Əliyev səfirlə söhbət edib.
Azərbaycana səfir təyin olunmasından məmnunluğunu bildirən Luka Di Canfrançesko İtaliya Prezidenti Sercio Mattarellanın salamlarını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını İtaliya Prezidentinə çatdırmağı xahiş edib.
Söhbət zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin xüsusi xarakter daşıdığı və strateji tərəfdaşlıq müstəvisində inkişaf etdiyi vurğulanıb.
Səfir əlaqələrimizin bütün sahələrdə, o cümlədən elm və təhsil sahəsində uğurla inkişaf etdiyini deyərək, İtaliya universitetlərinin Azərbaycanda açılması istiqamətində aparılan işləri məmnunluqla qeyd edib.
Prezident İlham Əliyev İtaliyanın Azərbaycanın Avropa İttifaqına üzv ölkələr arasında əsas ticarət tərəfdaşı olduğunu vurğulayıb.
Görüşdə ölkələrimiz arasında siyasi və humanitar əlaqələrin, iqtisadi və təhsil sahəsindəki əməkdaşlığın dinamik surətdə inkişaf etməsindən məmnunluq ifadə olundu. Azərbaycan ilə İtaliya arasında əlaqələrin xüsusilə enerji sahəsindən başlandığı, sonra müxtəlif sahələri, o cümlədən mədəniyyət, informasiya-kommunikasiya texnologiyaları, nəqliyyat və digər sahələri əhatə etdiyi bildirilib.
Söhbət zamanı Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa-quruculuq işlərində dost və tərəfdaş ölkə olan İtaliyanın şirkətlərinin yaxından iştirakı məmnunluqla vurğulanıb.
Görüşdə Orta Dəhlizin inkişafı və bu çərçivədə əməkdaşlığın perspektivləri müzakirə olunub.
Azərbaycan-Avropa İttifaqı əlaqələri və Avropa İttifaqına üzv ölkə olaraq İtaliyanın bu prosesdə Azərbaycana dəstəyi məsələsi də qeyd edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əfv qərarlarında əsas meyar say deyil
18:40 25.09.2026
Aktual
Rusiya “McDonald’s”ı da vurdu
18:00 25.09.2026
Dünya
Türkiyənin İsrail xalqına düşmənçiliyi yoxdur - Ərdoğan
17:57 25.09.2026
Gündəm
Sentyabrın müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
17:37 25.09.2026
Sosial
Qırğızıstanda prezident seçkiləri ilə əlaqədar qadağalar qoyuldu
17:11 25.09.2026
Dünya
ABŞ bu ölkədə üçtərəfli görüş təklif etdi - Zelenski
16:35 25.09.2026
Dünya
Baş nazir və ailə üzvləri ölümlə hədələndi
16:21 25.09.2026
Dünya
İran nə hərb, nə də sülh vəziyyətində qalacaq - ŞƏRH
15:53 25.09.2026
Gündəm
“Xankəndi” Zaur Hacıyevlə yollarını ayırdı
15:39 25.09.2026
Futbol
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik edib
15:37 25.09.2026
Gündəm
Sel təhlükəsinə dair tədbirlər keçirilib
14:59 25.09.2026
Aktual
Türkiyə lideri: İranın daxili işlərinə qarışmaq olmaz
14:43 25.09.2026
Gündəm
Bakıda anbarda güclü yanğın başladı - FOTO
14:31 25.09.2026
Hadisə
Simonyan Azərbaycanı işarə elədi, Şevtsov hədələdi
14:18 25.09.2026
Gündəm
Braziliya millisində “10 nömrə”nin yeni sahibi müəyyənləşdi
14:11 25.09.2026
Futbol