Nüsrət Süleymanov: COP29-da diqqəti minaların yaratdığı təhlükəyə yönəltməliyik
Nüsrət Süleymanov: COP29-da diqqəti minaların yaratdığı təhlükəyə yönəltməliyik
13:50 31.05.2024
Gündəm
378
"COP29-a ev sahibliyi edən ölkə olaraq, biz minaların yaratdığı təhlükəni Azərbaycanda keçiriləcək bu mötəbər tədbirdə də qabartmalı, noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflər Konfrasının 29-cu sessiyasında (COP29) da diqqəti bu məsələyə yönəltməliyik".
Sherg.az APA-ya istinadən xəbər verir ki, bu fikirləri Beynəlxalq Minatəmizləmə Konfransında Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini, Əlaqələndirmə Qərargahının İdarələrarası mərkəzi katibliyinin rəhbəri Nüsrət Süleymanov deyib.
O vurğulayıb ki, mina həm torpağa, həm də suya təhdiddir:
"Bu konfrans sayəsində humanitar minatəmizləmə sahəsində qazanılan təcrübəni bölüşürük. Biz minaları ölüm toxumları adlandırırıq. Ona görə ki, onlar insanları öldürür. Minalar həm suya, həm də torpağa böyük təhdiddir. Biz minalar da daxil olmaqla, insanlığa qarşı təhlükələri aradan qaldırmalıyıq. COP29-a ev sahibliyi edən ölkə olaraq, biz minaların yaratdığı təhlükəni bəyan etməliyik. Azərbaycanda keçiriləcək COP29-da da bu məsələyə diqqəti yönəltməliyik. Əlbəttə ki, iki gün ərzində bunu etmək mümkün olmasa da, hesab edirəm ki, biz buna nail olduq, bir-birimizdən nəsə öyrəndik, məsələnin ciddiyyətini anladıq. Bu konfransa iştirak edən hər kəsə təşəkkürümü bildirmək istəyirəm. Ümid edirəm ki, növbəti görüşədək planetimizi minalardan təmizləyə biləcəyik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət
Ağcabədidə qadın əri tərəfindən bıçaqlandı - YENİLƏNİB
19:38 24.09.2026
Hadisə
David Alabanın yeni klubu bəlli oldu
19:30 24.09.2026
Futbol
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
19:23 24.09.2026
Gündəm
Qazaxıstanda matəm elan edildi
19:16 24.09.2026
Dünya