Şəkidə yol qəzası olub, 4 nəfər xəsarət alıb
Şəkidə yol qəzası olub, 4 nəfər xəsarət alıb
Yusif Sultanoğlu
11:53 02.06.2024
Hadisə
613
Şəkidə yol qəzası olub, üçü bir ailənin üzvü olmaqla dörd nəfər xəsarət alıb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə günorta saatlarında Şəki-Baş Göynük avtomobil yolunun Aşağı Göynük kəndindən keçən hissəsində baş verib.
Hərəkətdə olan "Mercedes Vito" markalı mikroavtobusla "Mercedes" markalı minik avtomobili toqquşub.
Qəza zamanı xəsarət alan rayonun Baş Göynük kənd sakinləri 1977-ci il təvəllüdlü Salmanova Sənubər Ramazan qızı Salmanova, 1998-ci il təvəllüdlü Əfqan Rizvan oğlu Salmanov, 2000-ci il təvəllüdlü Gülnar Rizvan qızı Salmanova və 1985-ci il təvəllüdlü İsmayıl Aydın oğlu İsmayılov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.
Xəstəxanadan verilən məlumata görə, yaralıların vəziyyətləri qənaətbəxşdir. Bir qədər nəzarətdə qaldıqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılacaqlar.
Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət
Ağcabədidə qadın əri tərəfindən bıçaqlandı - YENİLƏNİB
19:38 24.09.2026
Hadisə
David Alabanın yeni klubu bəlli oldu
19:30 24.09.2026
Futbol
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
19:23 24.09.2026
Gündəm
Qazaxıstanda matəm elan edildi
19:16 24.09.2026
Dünya
Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşdü
19:02 24.09.2026
Siyasət
Si Cinpin: Çin və ABŞ tarixi məsuliyyət daşıyır
18:55 24.09.2026
Dünya