SON XƏBƏR : Prezident Ərdoğanın CHP-yə cavab səfərinin tarixi dəqiqləşib

Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özəl prezident Rəcəb Tayyib Ərdoğanın CHP-yə cavab səfərinin 11 iyun çərşənbə axşamı saat 16.00-da baş tutacağını açıqlayıb.

Sherg.az xəbər verir ki,  Prezident Ərdoğanla görüşdə gündəmdəki bütün məsələləri müzakirə edəcəklərini bildirən Özəl, “Əsas olan görüşə bilməkdir. Siyasətçilər əl sıxmasa, bəzi qəyyumluq qrupları əllərini ovuşdurmağa başlayacaqlar”- deyib.

Jurnalistlərin suallarını cavablandıran Özəl deyib: “İki siyasi partiyanın sədri necə oturması lazımdırsa o şəkildə cənab Prezidenti qonaq edəcəyik. Bundan kənarda hər hansı bir danışıqları müzakirə etməyə ehtiyac yoxdur”.

Özəldən, İYİ Partiya başqanı Müsavat Dərvişoğlunun işlətdiyi “Məncə, minalanmış əraziyə girib” sözlərinə də münasibət soruşulub.

“Mina sahəsi flan yoxdur. Siyasətdə növbədənkənar seçkilərdən danışmaq minaya basmaq demək deyil. Ancaq səsvermə nisbətiniz sizi seçkidən uzaq tutursa, siz seçkini mina sahəsi kimi təsvir edirsiniz. CHP sabah seçki keçirilsə hakimiyyətə gələcək partiyadır. Ancaq növbədənkənar seçki məsələsinə istinad etməyim vətəndaşların səsini eşitməməyin doğrula biləcəyi sonuclara bağlıdır”.