Əliyev imama Qarabağla bağlı albom hədiyyə etdi

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 8-də Misirə rəsmi səfəri çərçivəsində Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Tayyibə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində Ermənistan tərəfindən törədilmiş vəhşilikləri və dağıntıları özündə əks etdirən albom təqdim edib.

Axar.az xəbər verir ki, bu, şeyx Tayyib tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd olunub ki, Azərbaycanın qələbəsi bütün müsəlman dünyasının qələbəsi, ən böyük zəfər də Allahın zəfəridir.