İslam həmrəyliyi: Misir-Azərbaycan əlaqələri inkişaf edir -ANALİZ
Yusif Sultanoğlu
10:12 09.06.2024
Siyasət
790
Prezident İlham Əliyevin rəhbərliyi ilə mühüm uğurlar qazanan və beynəlxalq aləmdə söz sahibinə çevrilən Azərbaycanın istər bölgədə, istərsə də dünyada nüfuzu durmadan artır. Dövlətimizin başçısının yürütdüyü müdrik və uzaqgörən siyasət nəticəsində Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır. Bunu dünya ölkələrinin, nüfuzlu beynəlxalq təşkilatların Azərbaycanla əməkdaşlıqda maraqlı olmaları da təsdiqləyir. Ən yüksək səviyyəli qarşılıqlı səfərlər Azərbaycan dövlətinin beynəlxalq əlaqələrinin genişlənməsinə mühüm töhfə verməkdədir. Azərbaycanın çoxşaxəli xarici siyasətində əsas istiqamətlərdən birini də ərəb dövlətləri ilə əlaqələr təşkil edir. İyunun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Misir Respublikasına rəsmi səfəri başlayıb. Bu səfər ölkələrimiz arasında münasibətlərin inkişafında yeni səhifə açacaq. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. İkitərəfli münasibətlərin gündəliyində olan aktual məsələlərin müzakirəsi məqsədilə Azərbaycan və Misir prezidentlərinin görüşləri keçiriləcək. Səfər çərçivəsində imzalanacaq sənədlər ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi üçün hüquqi bazanı daha da möhkəmləndirəcək.
Azərbaycan-Misir əlaqələrini “Sherg.az”a dəyərləndirən Milli Cəbhə Partiyasının sədr müavini Tural İrfan bildirib ki, iki ölkə münasibətləri həmişə normal olub və bu gün də davam edir:
“Misir, ərəb dövlətləri içərisində aparıcı rola malik olan ölkədir. Azərbaycanın həm türk birliyi ölkələri ilə, həm ərəb ölkələri ilə sıx münasibətləri, dostluq əlaqələri, birgə ortaq layihələr üzərində çalışması hər şeydən öncə dövlətimizin xarici siyasətinin səmərəsinin, aktivliyinin sübutudur. İslam həmrəyliyi hazırkı zamanda çox aktual və çox vacibdir. Ərəb və qeyri-ərəb müsəlman ölkələri ilə münasibətlərin sıxlaşması, yeni əlaqələrin qurulması həm bizə, həm də müsəlman ölkələrinin ortaq maraqlarına töhvə verən amillərdəndir. Bu qəbildən də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Misirə rəsmi səfəri, Misir Prezidenti cənab Əbdülfəttah əs-Sisi ilə səmərəli görüşü və faydalı dialoqların olması, bir sıra sənədlərin imzalanması İslam həmrəyliyin bariz nümunəsidir. İslam dünyasının bəzi problemlərinin həlli, İsrail - Fələstin münaqişəsinin savaşsız, qansız yoluna qoyulması, Fələstin dövlətinin yaradılmasının labüdlüyü bu görüşdə bir daha vurğulandı və BMT-nin qətnamələri əsasında problemin yoluna qoyulmasının vacibliyi qeyd edildi”.
Ekspert qeyd edib ki, Azərbaycan hər zaman müsəlman ölkələri ilə sıx əlaqələrin inkişafında maraqlı olub:
“Baxmayaraq ki, 30 il davam edən keşmiş Qarabağ problemi zamanı bəzi müsəlman dövlətləri biganəlik nümayiş etdirib, yaxud Ermənistana dəstək verib. Anacaq bu ölkələr o qədər də çox olmayıb. Əksər müsəlman dövlətləri də Azərbaycanı dəstəkləyib, həmişə yanımızda olduqlarını bəyan ediblər. Misir də Azərbaycanla isti münasibətlərini qoruyub saxlayan ölkələrdəndir.
Misirlə iqtisadi, siyasi əlaqələrlə yanaşı mədəni, elmi əlaqələrin qurulması da önəmlidir və bu görüşdən sonra münasibətlərin daha da inkişaf etdiyini müşahidə edəcəyik. Cənab Prezident tərəfindən Misirdə bir sıra əhəmiyyətli mesajlar verildi. Hesab edirəm ki, bu İslam həmrəyliyi üçün, müsəlmanların ortaq dəyərlərinin qorunması üçün bu çox mühüm idi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Yuventus" cərimələndi - Səbəb
02:12 23.09.2026
Futbol
Paşinyan bu türk ölkəsinə səfər edəcək
01:22 23.09.2026
Cənubi Qafqaz
Azərbaycan və Kolumbiya arasında viza rejimi ləğv edilib
01:01 23.09.2026
Siyasət
Azərbaycan ilə Banqladeş arasında viza rejimi sadələşdirilir
00:18 23.09.2026
Siyasət
Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü
23:57 22.09.2026
Aktual
Ərdoğandan Fələstini tanımayan ölkələrə çağırış...
22:58 22.09.2026
Dünya
Zelenski və Tramp Nyu-Yorkda görüşdü
22:15 22.09.2026
Gündəm
Yalçın Rəfiyev BMT Baş Assambleyasında çıxış etdi
22:02 22.09.2026
Siyasət
Pezeşkianın təyyarəsi Əlcəzairdə eniş etdi
21:36 22.09.2026
Gündəm
Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
21:01 22.09.2026
Dünya
Saatlar 1 saat geri çəkiləcəkmi?
20:51 22.09.2026
Dünya
Quterreş BMT tribunasında vida çıxışı etdi
20:28 22.09.2026
Dünya
Tramp Qrenlandiya və Danimarka ilə təhlükəsizlik sazişi imzalayıb
20:07 22.09.2026
Gündəm