Rusiya Prezidenti: Moskva heç vaxt Kiyevlə danışıqlardan imtina etməyib

Rusiya heç vaxt Ukrayna ilə danışıqlardan imtina etməyib.

APA Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.

“Mən sizə dedim, danışıqlardan imtina edən biz deyildik. Biz bunun tərəfdarıyıq. Ukrayna özü özünə danışıqlar aparmaq qadağası qoyub”, - dövlət başçısı vurğulayıb.

Putin əlavə edib ki, Rusiyanın Ukraynadakı münaqişənin həlli ilə bağlı təklifləri döyüş meydanındakı vəziyyətdən asılı olaraq dəyişəcək.