Abbas Abbasov: Fransa müstəmləkəçiliyindən əziyyət çəkən dövlətlər COP29-a dəvət olunub

Fransanın müstəmləkəçiliyindən əziyyət çəkən dövlətlər Bakıda keçiriləcək COP29 sammitinə dəvət olunub".
Bunu jurnalistlərə açıqlamasında Bakı Təşəbbüs Qrupunun rəhbəri Abbas Abbasov deyib:
"Fransa müstəmləkəçiliyindən əziyyət çəkən dövlətlərə Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflər Konfrasının 29-cu sessiyasında (COP29) iştirak etmələri üçün dəvət göndərilib. Həmin ərazilərdə ciddi ekoloji ətraf mühit problemləri mövcuddur. Bu problemlərin hamısı Bakıda keçiriləcək COP29 tədbirində işıqlandırılacaq".

Xatırladaq ki, Bakıda Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun (BTQ) dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adaları qrupundan olan 15-dən çox siyasi partiya və müstəqillik hərəkatlarının rəhbər şəxslərinin iştirakı ilə birinci qurultay keçirilir.