Atatürkün abidəsini təhqir edənlərə 3 ilə qədər həbs cəzası tələb olunur


Kayseridə Atatürk abidəsini balta ilə zədələyən Yaşar Kılıçkaya (59) və bacısı qızı Zeynep Abdullah (31) haqqında "Atatürkün xatirəsini açıq şəkildə təhqir etmək" iddiası ilə hər birinə 1 ildən 3 ilə qədər həbs cəzası tələbi ilə məhkəmə açılıb. .

Qeyd edək ki, əmi və bacısı qızı  olduğu müəyyən edilən iki şübhəli saxlanılıb, abidənin üzərində 13 balta zərbəsi aşkar edilib. Yaşar Kılıçkaya və Zeynep Abdullah əməliyyatlardan sonra həbs edilib.

Kayseri Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq tamamlanaraq iddianamə hazırlanıb.

İddianamədə ifadələri də yer alan iki müttəhimdən biri olan Kılıçkayanın yuxusunda İbrahim peyğəmbəri gördüyünü və özünün 'Məsih' olduğunu söylədiyi bildirilib.


Zeynep Abdullah da əmisi Kılıçkayanı 'Məsih' olaraq gördüyünü deyib.

Yaşar Kılıçkaya və Zeynep Abdullahın ifadələrində  bunları deyiblər: "İbrahim peyğəmbərin bütləri məhv etdiyi kimi biz də onları məhv etmək istəyirdik. Peşman deyilik".