Qüdrət Həsənquliyevlə İqbal Ağazadə rəqib oldular

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri Qüdrət Həsənquliyev 36 saylı Xətai-Suraxanı Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürüb.
Bu barədə Bakupost.az -a ƏHD Partiyasından bildirilib.
Q.Həsənquliyev artıq sənədlərini dairəyə təqdim edib.
Qeyd edək ki, mətbuata açıqlamasında Ümid Partiyasının sədri İqbal Ağazadə də namizədliyini 36 saylı Xətai-Suraxanı seçki dairəsindən verəcəyini bildirib.