ABŞ-də həyəcan təbili: Polis bir nəfəri güllələyib

ABŞ-ın Miluoki şəhərində keçirilən Respublikaçılar Partiyasının Milli Konqresi yaxınlığında polisin bir nəfəri güllələyərək öldürdüyü bildirilib.

Sherg.az xəbər verir ki, ABŞ mətbuatında yer alan xəbərlərə görə, Konqresdə təhlükəsizliyi artırmaq üçün Ohayodan gələn polis məmuru Konqres yaxınlığında şübhəli bir şəxsi görüb.

Hadisə şahidləri bildiriblər ki, şübhəlinin əlində iki bıçaq olub və bıçaqları polisə tərəf yelləyirmiş.

Ohayo polisi Miluoki şəhərində keçirilən Respublikaçılar Partiyasının Milli Konqresi yaxınlığında sözügedən şəxsi güllələyərək öldürüb.

Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp iyulun 13-də seçki mitinqində məruz qaldığı sui-qəsddən sonra Respublikaçılar Partiyasının Milli Konqresinə qatılaraq ilk dəfə dünən axşam ictimaiyyət qarşısına çıxıb.

Trampın cümə axşamı Konqresdə çıxış edəcəyi gözlənilir.