Paşinyan Avropa Siyasi Birliyinin sammiti üçün Londona gedib

Ermənistan Baş naziri Nikol Paşinyan Londona səfərə yola gedib.

APA "Sputnik Armenia"ya istinadən xəbər verir ki, o və xanımı Avropa Siyasi Birliyinin 4-cü sammitində iştirak etmək üçün Britaniyaya səfər edib.

“7-20 iyul tarixlərində davam edəcək səfər zamanı bir sıra beynəlxalq tərəfdaşlarla ikitərəfli görüşlər də planlaşdırılır”, - Ermənistan hökumətinin açıqlamasında bildirilir.