Müstəmləkəçiliklə mübarizə aparan ölkələrdən olan gənclərə təqaüd veriləcək

"Bakı Təşəbbüs Qrupu tərəfindən müstəmləkəçiliklə mübarizə aparan ölkələrdən olan gənclərə təqaüd veriləcək".

APA xəbər verir ki, bu fikirləri iki gün davam edəcək qurultay Qvadelupanın Azadlığı Naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupundan olan 15-dən çox siyasi partiya və müstəqillik hərəkatlarının rəhbər şəxslərinin iştirakı ilə Bakıda keçirilən birinci qurultayda çıxışı zamanı Bakı Təşəbbüs Qrupunun rəhbəri Abbas Abbasov səsləndirib:

“Bu ildən təşkilatımız Azərbaycanda təhsil almaq istəyən gənclərə təqaüd verəcək. Onu da diqqətinizə çatdırmaq istəyirəm ki, noyabrda ölkəmizdə təşkil olunacaq COP29 çərçivəsində kolonializimin tarixi barədə sərgi keçiriləcək”, - Abbas Abbasov deyib.