Qazaxıstan Prezidenti: Birlikdə qlobal stabilliyin təmin edilməsinə çalışmalıyıq

Qlobal təhlükəsizlik və stabilliyin təmin edilməsi Qazaxıstanın xarici siyasətində əsas istiqamətlərdən biridir.

APA-nın xəbərinə görə, bunu Şuşada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev bildirib.

Qazaxıstan Prezidenti qeyd edib ki, birlikdə qlobal təhlükəsizlik və stabilliyin təmin edilməsinə çalışmalıyıq: “Münaqişələrin yeganə həll yolu dialoqdur”.

Kasım-Jomart Tokayev Qazaxıstanın Azərbaycanla nəqliyyat sahəsində sıx əməkdaşlıq etdiyini də vurğulayıb.