Kirants kəndi Azərbaycanın nəzarətinə keçəcək - TƏHLİL
11:53 10.07.2024
Gündəm
646
Ermənistan arasında sərhədlə bağlı gözlənilən protokolun imzalanmasının gecikməsi də məhz həmin ərazi ilə bağlıdır
Ermənistanın Gürcüstanla dövlətlərarası yolunun Tavuş vilayətinin Azərbaycanla sərhəddə yerləşən Kirants kəndindən keçən hissəsi bu gündən işləməyəcək.
Bu barədə Ermənistan KİV məlumat yayıb.
Məlumata görə, Ermənistanın yol polisləri sürücülərə Açarkut kəndindən yeni yolun tikildiyini və oradan istifadə etməli olduqlarını bildirir.
Kənddə Azərbaycanla sərhəd divarı çəkilən ərzidə qazıntı işlərinin aparıldığı deyilir. Ehtimal olunur ki, həmin ərazidə sərhədboyu tikanlı məftillər çəkiləcək.
Mövzu ilə bağlı “Sherg.az”a danışan siyasi şərhçi Asif Nərimanlı bildirib ki, sərhəddin həmin hissəsində aparılan delimitasiya işlərindən sonra qeyd olunan yerlərin və kəndin içərisində müəyyən ərazilərin Azərbaycanın nəzarətinə keçməsi gözlənilir:
“Qazax-Tavuş istiqamətində sərhədlərin delimitasiyası zamanı heç bir problem olmadı. Sadəcə müəyyən dirəniş göstərilən ərazi Kirants kəndi idi. Ermənilər sözügedən kəndlərin öz ərazilə olduğunu iddia edirlər. Halbuki həmin kəndlərin ərazisi Azərbaycanın sahələri hesabına genişləndirilib. Delimitisiya prosesi zamanı da həmin kəndlər Azərbaycana qaytarılır. Azərbaycanla Ermənistan arasında sərhədlə bağlı gözlənilən protokolun imzalanmasının gecikməsi də məhz həmin ərazi ilə bağlıdır. Azərbaycan ərazisində tikilən bəzi evlər Azərbaycana təhvil verilməli, əhali oradan çıxmalıdır. Digər tərəfdən isə sərhəd xəttinin ermənilər məskunlaşdığı ərazinin müəyyən hissəsindən keçməsi Ermənistan tərəfində qalan evlər üçün də problem yaradır. Təhlükəsizlik baxımından sərhəddə neytral zona olmalıdır. Ona görə bu problemlər aradan qalxmalıdır. Qeyd olunan kəndlərin Azərbaycana qaytarılması gözləniləndir və müəyyən razılaşma var”.
Xatırladaq ki, artıq bir neçə gündür dövlətlərarası yolun Azərbaycanın nəzarətinə keçəcəyinə dair məlumatlar yayılır. Ermənistan Sərhəd Xidmətinin bu istiqamətdə yekun işlər gördüyü bildirilir. Tavuş bölgəsindən başlayan demarkasiya prosesi nəticəsində Kirants kəndinin bir hissəsi Azərbaycanın nəzarətinə keçib. Sərhəd xətti kəndi iki hissəyə ayırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual