FHN Akademiyası ilə Baş Prokurorluğun Elm-Tədris Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb
FHN Akademiyası ilə Baş Prokurorluğun Elm-Tədris Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb
12:10 10.07.2024
Sosial
403
Fövqəladə Hallar Nazirliyinin Akademiyası ilə Respublika Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb.
“Sherg.az” nazirliyin saytına istinadən xəbər verir ki, Mərkəzin rəisi III dərəcəli dövlət ədliyyə müşaviri Mübariz Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşən FHN Akademiyasının rəisi general-mayor Baba Salayev qonaqlara ali təhsil müəssisəsi haqqında ətraflı məlumat verib. Bildirib ki, Akademiya Fövqəladə Hallar Nazirliyi üçün xüsusi ixtisaslı ali təhsilli kadrların hazırlanmasını həyata keçirən, fövqəladə hallar sahəsində fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatları aparan xüsusi təyinatlı ali təhsil müəssisəsidir.
Həm respublikamızın, həm xarici ölkələrin müvafiq ali təhsil və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində işlərin davam etdirildiyini vurğulayan Akademiya rəisi Respublika Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi ilə əməkdaşlığın qarşılıqlı faydasını qeyd edib.
Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov səmimi görüşə görə minnətdarlığını bildirib. FHN Akademiyası ilə əməkdaşlıqdan məmnunluq ifadə edən Mərkəz rəisi birgə təşkil edilən tədbirlərin və aparılan tədqiqatların hər iki qurum əməkdaşlarının peşə hazırlığına mühüm töhfə verəcəyini bildirib.
Daha sonra hər iki təhsil müəssisəsi arasında Anlaşma Memorandumu imzalanıb. Sənəddə əməkdaşların nəzəri biliklərinin və peşə hazırlığı səviyyəsinin artırılması prosesində qarşılıqlı iştirakın təmin edilməsi, birgə layihələrin hazırlanması və bir sıra digər məsələlər nəzərdə tutulub.
İmzalanma mərasimidən sonra qonaqlar FHN Akademiyasının fənn kabinetləri, laboratoriyaları və Heydər Əliyev Mərkəzi ilə yaxından tanış olublar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual