Ankara iki seçim qarşısında qalacaq - RƏY
14:19 11.07.2024
Gündəm
468
Prespektivdə Türkiyənin NATO-dan çıxması Rusiyaya qarşı gəlməsindən daha realdır
NATO ilə Rusiya arasında birbaşa toqquşma ehtimalı qorxuducudur.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-nin paytaxtı Vaşinqtonda jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu, təhlükəlidir: “Bu ssenarinin qarşısı alınmalıdır. Belə bir ssenariyə səbəb ola biləcək bütün addımlardan çəkinmək lazımdır”.
Rəcəb Tayyib Ərdoğanın fikirlərini “Sherg.az”a dəyərləndirən Siyasi şərhçi, "Report" İA-nın əməkdaşı Kənan Novruzov söyləyib ki, dünyada sürətlə qütbləşmə gedir:
“Bu qütbləşmənin isə Qərb və Şərq olmaqla iki tərəfi var. Hazırki situasiyada Qərbin əsas nümayəndəsi NATO-dur. Şərq dünyasının nümayəndələri isə Rusiya, Çin və İrandır. Bu gün faktiki olaraq Ukraynada Rusiya ilə NATO arasında müharibə gedir. Ukrayna isə müharibənin paliqonu seçilib. Ukraynadakı savaşın asanlıqla və yaxın vaxtda bitməsi gözlənilmir. Əksinə olaraq müharibə getdikcə böyüyür. Artıq ayrı-ayrı NATO müttəfiqləri Ukraynaya qoşun göndərməklə bağlı danışırlar. Bununla yanaşı Üçüncü Dünya Müharibəsinin olması ilə bağlı fikirlər səslənir. Əslində lll Dünya Müharibəsi başlayıb, sadəcə rəsmi şəkildə elan olunmayıb. Düşünürəm ki, qütbləşmə prosesi tam başa çatdıqdan sonra lll Dünya Müharibəsi rəsmən elan ediləcək. Həmin zaman isə Rusiya və NATO iki qütbün əsas nümayəndələri olacaqlar. Ehtimal olunan NATO və Rusiya müharibəsi mümkündür. Belə bir müharibənin olması isə Türkiyəyə sərf etmir. Çünki Türkiyə NATO ölkəsi olmasına baxmayaraq Rusiya ilə normal əlaqələrə malikdir. Bəlkə də Türkiyə yeganə NATO ölkəsidir ki, alyansın fəlsəfəsinə zidd olaraq Rusiya ilə münasibətləri qoruyur. Belə olan halda isə Türkiyə iki seçim qarşısında qalacaq. Türkiyənin asanlıqla Rusiyaya qarşı olacağını düşünmürəm. Prespektivdə Türkiyənin NATO-dan çıxması Rusiyaya qarşı gəlməsindən daha realdır. Əgər müharibə başlayarsa, Türkiyə çalışacaq ki, bitərəf mövqedə dayansın”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual