
ABŞ Cənubi Qafqazda möhkəmlənmək istəyir -ŞƏRH
01:00 19.07.2024
Dünya
336
Rusiya və İranın təmkini uzun sürə bilməz
“Ermənistan Qərblə əməkdaşlıq edərək öz təhlükəsizliyini riskə atır”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. Zaxarova bildirib ki, Ermənistanda NATO ilə qarşılıqlı əlaqəni artırmağa üstünlük verirlər: "Təbii ki, bu, qəribə hadisədir. Onlar Vaşinqtonda keçirilən alyans sammitində iştirak ediblər, birgə hərbi manevrlər keçiriblər. Bunun bariz nümunəsi kimi ölkə ərazisində keçirilən "Eagle Partner 2024" birgə ABŞ-Ermənistan təlimlərini misal çəkmək olar. Bu təkcə təəssüf deyil, həm də Ermənistanın gələcəyi üçün narahatlıq doğurur, çünki Aİ və ABŞ bir çox ölkələrlə belə maxinasiyaları dəfələrlə edib. Bunun necə bitdiyini çox yaxşı bilirsiniz: onlardan istifadə olunur, sonra gərəksiz kimi atılırlar. Zaxarova Moskvanın İrəvandan Rusiya Federasiyasının Qafanda Baş Konsulluğunun açılması ilə bağlı, o cümlədən diplomatik praktikada qəbul edilmiş paritet və qarşılıqlılıq prinsipini nəzərə almaqla əlavə addımlar gözlədiyini qeyd edib.
Politoloq Abutalıb Səmədov "Sherg.az"a deyib ki, Amerika Birləşmiş Ştatları nəyin bahasına olursa-olsun, Cənubi Qafqaz bölgəsinə girmək, burada möhkəmlənmək istəyir. Analitik vurğulayıb ki, bunun üçün regiona təsir imkanları olan dövlətlərin bölgədən çıxarılması üçün müəyyən addımlar atılmalıdır:
"Ermənistanla həm ötən il, həm də bu il keçirilən hərbi təlimlər məhz bu məqsədə xidmət edir. Əslində, Ermənistanla Rusiya arasında imzalanmış müqaviləyə əsasən, Rusiyanın razılığı olmadan Ermənistana hər hansı üçüncü dövlətin hərbi qüvvələri yeridilə bilməz. Ancaq Ermənistan bu tələblə hesablaşmır. Rusiyanın Ukraynada düşdüyü vəziyyətdən yararlanaraq, ABŞ və Qərb ölkələrini bölgəyə gətirməyə çalışır. Rusiya zəruri reaksiyanı verir, bəyanatla çıxış edir. Burada ən təəccüblüsü İranın tutduğu mövqedir. Azərbaycanda kəşfiyyat mərkəzləri axtaran və İsrailin tikdiyi fermanı böyük bir "kəşfiyyat mərkəzi" sayan İran Ermənistanın atdığı addımlara çox səbrlə yanaşır. Avropa İttifaqının yarımhərbi missiyasına da ciddi reaksiya vermədi. İran təlimlərə də səbirlə yanaşır".

A.Səmədov diqqətə çatdırıb ki, Rusiya və İranın təmkini uzun sürə bilməz, çünki ciddi maraqları var:
"Rusiyanın əlində "daşdan keçən" müqavilə var və İrəvan 49 il müddətində Moskvanın razılığı olmadan müstəqil addım ata bilməz. Hərbi məsələdə mütləq Rusiyanın razılığı alınmalıdır. İrəvan Rusiyanın hərbi bazasını ölkədən çıxarmaq istəyir. Bunun üçün Kremlin razılığı olmalıdır. Rusiyanın belə bir razılıq verəcəyi inandırıcı görünmür. Ukrayna müharibəsi Rusiyanın əl-qolunu bağlayır, İran da "səbir" göstərməkdə davam edir. Böyük ehtimal, yaxın günlərdə İran və Rusiya Ermənistan qarşısında kəskin qəti tələblərlə çıxış edəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya