Bred Pitt davranışlarını sevgilisinə görə dəyişir
13:36 19.07.2024
Gündəm
397
Duş almır, dezodorant istifadə etmir
Hollivud “ulduzu” Bred Pitt bu dəfə ilginc məsələ ilə bağlı gündəmə gəlib. Məlum olub ki, məşhur aktyor duş almağı, tez-tez çimməyi, hətta dezodorant istifadə etməyi də heç sevmir. Uzun illər aktyor bu cür həyat tərzi sürdürüb.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, aktyor bu vərdişlərindən indi əl çəkməyə başlayıb. Bu isə aktyorun yeni sevgilisi sayəsindədir. Aktyor 2 ilə yaxındır birlikdə olduğu sevgilisi, İnes de Ramon sayəsində şəxsi gigiyenasına diqqət etməyə başlayıb. 60 yaşlı aktyor “The Vampire Diaries” (Vampir Günlükləri) ilə tanınan Paul Vesleyin keçmiş həyat yoldaşı, 34 yaşlı İnes de Ramonla 2022-ci ildən sevgi münasibətlərindədir. Çevrəsi isə hesab edir ki, bu münasibətlər Bred Pitt Hollivud “ulduz”u Angelina Coli ilə boşandıqdan sonra yaşadığı ilk ciddi münasibətdir. Bu günlərdə “InTouch”a danışan qaynaqlardan biri “Bred Pitt şəxsi gigiyenasına sevgilisi İnes de Ramon sayəsində riayət etməyə başlayıb. Bu, onu tanıyanlar üçün böyük sürprizdir. Bred Pitt dünyada məşhur olmasına baxmayaraq, çox gec-gec çimirdi, duş almağı heç sevmirdi, saçını yumağa də ərinirdi. Dezodorant belə istifadə etmirdi. İndi isə biz onda böyük dəyişiklik hiss edirik. Bred tez-tez duş alır, dezodorant və ətirləri isə onun üçün İnes seçir. Birlikdə gəzintiyə çıxırlar, masaj salonlarına gedirlər, hətta Bred dəri kremləri də istifadə etməyə başlayıb”-, söyləyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya