Naftalanda bir qrup şəxs sərxoş vəziyyətdə ictimai qaydanı pozub
Yusif Nəzərli
16:43 21.07.2024
Hadisə
423
İyulun 16-da gecə saatlarında Naftalan şəhər ərazisindəki marketlərin birinin qarşısında bir qrup şəxs “Mercedes” markalı avtomobillə sərxoş vəziyyətdə ictimai qaydanı kobud surətdə pozub.
Daxili İşlər Nazirliyinin Gəncə Regional qrupundan "Report"un Qərb bürosuna bildirilib ki, ərazidə xidmət aparan polis əməkdaşlarının onları nizam-intizama dəvət etmələrinə baxmayaraq, avtomobildə olan Ayaz Cəfərli, Elvin Muradov, Ruslan Səfəralıyev, Taleh Alcəfərov və Nihad Quliyev özlərini Vətən müharibəsi iştirakçısı olduqlarını əsas gətirərək ictimai yerdə söyüş-təhqirlə müşahidə olunan qanunsuz əməllərini davam etdirib.
Əməllərinin araşdırılması üçün Naftalan ŞPŞ-nə gətirilən zaman A.Cəfərli və T. Alcəfərov qeyri-adekvat əməllərini davam etdirərək polis əməkdaşlarının xidmətinə mane olublar. Həmin şəxslər sərxoşluq müayinəsindən keçirilən zaman A.Cəfərli, E.Muradov və R.Səfəralıyevin orta dərəcəli sərxoş olmaları müəyyən edilib.
Onların əməlləri ilə bağlı Naftalan ŞPŞ-nin İstintaq Qrupunda araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə