Sosioloq: Nazir müavini ziddiyyətli danışır
Yusif Sultanoğlu
18:38 21.07.2024
Sosial
556
Taksi sürücüsü sərnişin avtobusu idarə etmək üçün müəyyən sürücülük kateqoriyasına sahib olmalıdır
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi taksi xidmətindən kənarlaşan sürücülərə təklif ilə müraciət edib. Bu müraciət Mobillik sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı keçirilən brifinq zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov tərəfindən səsləndirilib. Nazir müavini deyib ki, son zamanlar bir çox sürücü taksi fəaliyyətindən uzaqlaşdırılıb və onların məşğulluğu ilə bağlı suallar yaranır. Məşğul olmayan sürücülərin avtobusla sərnişin daşımalarına cəlb olunması üçün hazırda geniş imkanlar var: “Təkcə "BakuBus" şirkətinin hazırda 1 000 artıq "D" kateqoriyalı sürücüyə ehtiyacı var və taksi fəaliyyətindən kənarlaşan şəxslər bu imkanları nəzərdən keçirə bilər”.
Taksi xidmətində yeniliklərinin tətbiqinə başlanmasının paytaxtda bir neçə ay əvvələ kimi ən rahat, sərfəli nəqliyyat vasitəsi olan ucuz taksilərin azalacağını və böyük bir təbəqənin işsiz qalacağını öncədən bilən məmurlar taksi sürücüləri üçün “yeni iş” yeri də “tapdılar”: avtobus sürücüsü, ya da yük maşını sürücü işləmək. Və dedilər ki, bu sahələrdə işçi qüvvəsinə ehtiyac var. Amma məmurlar nədənsə bir vacib məqamı bilərəkdən diqqətdən yayındırdılar. Bu da taksi sürücülərinin mənimsədikləri və sürücülük vəsiqəsində qeyd edilən kateqoriyalarıdır.
Sosioloq İlqar Hüseynli “Sherg.az”a açıqlamasında bu məqama aydınlıq gətirdi. Sosioloq bildirdi ki, taksi sürücüləri avtobus sürücüsü işləyə bilməz:
- Daha dəqiq desək, taksi sürücüsü sərnişin avtobusu idarə etmək üçün müəyyən sürücülük kateqoriyasına sahib olmalıdır. Nazir müavini özü deyir ki, “BakuBus”a D kateqoriyalı sürücülər lazımdır. Sürücülükdə kateqoriyalar A, B. C, D (A1, B1, C1 və sair) olaraq növlərə bölünür. Bu kateqoriyalar həm nəqliyyat vasitəsinin oturacaq yerlərinin sayına görə, mühərrikin işçi həcmi, nəqliyyat vasitəsinin maksimum kütləsi, tonnajına görə təyin edilir. Var, böyük tutumlu nəqliyyat vasitəsi, var kiçik tutumlu. Kiçik tutumlu nəqliyyat vasitəsi idarə etmək üçün vətəndaş imtahan verir və buna hüquq verən vəsiqə qazanır. Ola bilər elə sürücü var, imtahan verib alıb bu kateqoriyaları. Eləsi də var, yalnız kiçik tutumlu nəqliyyat vasitəsi idarə etmk hüququna malikdir. Yalnız taksi sürə bilər. Belə sürücülər sərnişin avtobusu və ya iri tonnajlı yük avtomobili idarə edə bilmək üçün yenidən oxumalı, imtahan verməlidir, sürücülük vəsiqəsi təqdim edən mərkəzlərdə, bundan sonra o hüququ əldə edə bilərlər. Sonra kurslara, təlimlərə cəlb edilə bilərlər. Amma öncə uyğun kateqoriyada sürücülük vəsiqəsi almalıdırlar. Nazir müavini iş təklif edir, ancaq onu demir ki, taksi xidməti göstərmiş sürücülərin hamısınıın D kateqoriyaya hüquq verən vəsiqəsi varmı? Əlbəttə, yoxdur. Taksi xidmətindən uzaqlaşdırılan insanların əksəriyyətinin sürücülük vəsiqəsi onlara yalnız fərdi nəqliyyat vasitəsi, kiçik tutumlu nəqliyyat vasitəsi idarə etmək hüququ verir. Vaxtilə taksi xidmətində çalışmağa başlamış insanların imtahan verib bütün kateqoriyalar üzrə sürücülük hüququ ala biləcəyini, buna ehtiyac duyacaqlarını kim iddia edə bilər? Nazir müavini “söz kəsənlik” olsun deyə iş yeri göstərir, amma imkanları nəzərə almaq yaddan çıxır. Vaxtilə taksi xidmətində çalışmış insanların böyük bir qismi hazırda işsizdir. Şəhərdə də taksi çatışmır, qiymətlər də ikiqat qalxıb. Nazir müavini özü etiraf edir ki, paytaxtda 67-70 min taksi fəaliyyət göstərirdi, indi isə 35 mindir. Deməli, say 2 dəfə azalıb. Bu, 35 min insanın işsiz qalması deməkdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə