Azərbaycan-Özbəkistan qardaşlığı: Münasibətlərin ikişaf tempi yüksələn xətlə davam edir

Bəzən dövlətlər arasında müttəfiqlik səviyyəsinə çatmaq üçün 10-20 ilik tərəfdaşlıq tələb olunur. Amma Azərbaycan prezideninin cəmi 2 il əvvəl 2022-ci ildə Özbəkistana dəvlət səfəri və sonrakı dinamika strateji müttəfiqliyə gətirib çıxardı. Həmçinin Azərbaycanla Özbəkistan və Mərkəzi Asiya dövlətləri arasında tarixi-mədəni əlaqələr, etnik birlik münasibətlərin irəlliləməsində hər zaman önəm daşıyıb. Azərbaycanın Özbəkistanla müttəfiqlik sazişi də dövlətlərarası münasibətlərin ən yüksək formalarındandır. Bu mənada Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 23-də Özbəkistana səfəri və həmkarı Şavkat Mirziyoyevlə görüşü mühüm detallarla yadda qaldı.

İki ölkə arasındakı əlaqələri "Sherg.az"a dəyərləndirən Diaspor üzrə araşdırmaçı-ekspert, Türk Ağsaqqalları İctimai Birliyinin (TAİB) sədr müavini Elnur Eltürk qeyd edib ki, Özbəkistan iqtisadi-siyasi və mədəniyyət baxımından güclü şəkildə inkişaf edən və geopolitik cəhətdən üstün mövqeyə malik olan dövlətdir:

"Son illər Özbəkistanın inkişaf tempi yüksələn xətlə davam etməkdədir. Üstəlik, Özbəkistan Türk Dövlətləri Təşkilatı çərçivəsində Türk Birliyinə uğurlu şəkildə töhfəsini verir. Azərbaycanla əlaqələrin inkişaf dinamikası isə münasibətlərimizin hansı səviyyədə olduğunu göstərir. Qarşılıqlı səfərlərin intensivliyi, iş adamlarının işgüzar görüşləri çoxalıb. Biznes adamları bir araya gətirmək üçün biznes forumları keçirilir. Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın Özbəkistana səfəri və onların yüksək səviyyədə qarşılanmaları iki qardaş ölkə arasında yüksəlişdə olan münasibətlərin göstəricisidir".

 Elnur Eltürk söyləyib ki, İmzalanan sazişlər əlaqələrimizin inkişafında yeni bir mərhələnin əsasını qoyur:
"Ümumiyyətlə, Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri əlaqələrin inkişaf etdirilməsi prioritet təşkil edir. Enerji resurslarının Xəzər vasitəsilə nəqli, Qazaxıstan və Türmənistanın qaz-neftinin Azərbaycan vasitəsilə Avropa çıxarılması əlaqələrin güclənməsinə gətirib çıxaracaq.
 Mərkəzi Asiya ölkələri əlaqələrin inkişafı üçün hər çür imkan və şərait mövcuddur. Bizi həm də ortaq dil, mədəniyyət, tarix birləşdirir. Bu isə əlavə üstünlük deməkdir".